İqtisadiyyat

İnsanların qara gün üçün saxladığı pullar da bitir: Nə etməli? (EKSPERT)

“İnsanların qara gün üçün saxladığı pullar bitir və daha ciddi problemlərlə üz-üzə qala bilərik”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, artıq Azərbaycan istisadiyyatında daralma başlayıb:

“İşsizliklə bağlı kifayət qədər problemlər yaranıb. Dövlət büdcəsinə daxilolmalarda da azalmalar müşahidə olunur. Kifayət qədər ciddi problemlər yaşanır. İqtisadiyyatın da özəlliyi ondan ibarətdir ki, bəzən problemlər bir müddətdən sonra daha kəskin şəkildə üzə çıxır. Bu gün baş verən hadisələr karantin rejiminin uzadılması, ay ərzində 4 gün sərt karantinin tətbiq olunması və s. İnsanların mart ayından bəri qazancları, işsizlikləri, gəlirləri ilə bağlı ciddi problemləri var.
Bu gəlirlərin azaldılması üzündən insanlar qara gün üçün yığdığı “yastıq altı” pulları yavaş-yavaş xəsrcləməyə başladılar. Bir müddət həmin pul dəstək oldu. Azərbaycan iqtisadiyyatında neft qiymətlərinin ucuzlaşması, həm sərt karantin rejiminin tətbiqi ilə bağlı iqtisadi daralma və işsizliyin artmasının göstəriciləri var və bu, getdikcə dərinləşə bilər. Azərbaycanda karantinin özünün vurduğu ziyanların aradan qaldırılması üçün addımların atılması yetərsizdir. Əhalinin bir hissəsinə 190 manat verilmədi”.

Natiq Cəfərli bildirib ki, daha ciddi və genişmiqyaslı paket hazırlanmasına ehtiyac yaranıb:

“Və bu paket çərçivəsində əhaliyə daha böyük yardımlar olunmalıdır. Kommunal xidmətlərdə böyük güzəştlər edilməlidir. Paralel olaraq da orta və kiçik sahibkarların uzun müddətli dəstəklənməsi üçün yeni bir paketin qəbul olunmasına ehtiyac yaranıb. Çünki bu gün gecikmələr baş versə, hətta post-karantin dövründə belə iqtisadiyyatın dərhal işə düşməsi mümkünsüz olacaq”.

Bənzər yazılar

Back to top button