GündəmManşetSiyasət

Azərbaycan Qarabağdakı erməni hərbi birləşmələrə amnistiya nəzərdə tutur

Azərbaycan Qarabağda silahı yerə qoyacaq erməni hərbi birləşmələrə amnistiya nəzərdə tutur. Bu barədə Azərbaycan prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev bildirib.

“Keçmiş hərbçilərə və döyüşçülərə gəlincə, əgər onlar bu cür təsnif edilə bilərsə, onlar üçün də belə amnistiya nəzərdə tutulur”, – Reuters agentliyi Hacıyevdən sitat gətirib.

Bununla belə, Qarabağın bəzi hərbi bölmələri və ayrı-ayrı zabitlər açıq şəkildə bildiriblər ki, Bakının şərtlərinə razı olmayacaqlar və müqavimət göstərməyə davam edəcəklər, Azərbaycan prezidentinin köməkçisi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ ermənilərinin dinc reinteqrasiyasını istəyir.

Bənzər yazılar

Back to top button