İdman

30 yaşlı baş məşqçi “Real”ın təklifini rədd etdi

Zinəddin Zidanın istefasından sonra baş məşqçisiz qalan “Real” axtarışlarını davam etdirir.

Fanat.Az “Bild”ə istinadən xəbər verir ki, “Kral Klubu” iki mövsümdü “Hoffenhaym”ı çalışdıran Julian Naqelsmanna təklif göndərib.

Lakin 30 yaşlı alman mütəxəssis təklifi rədd edib və “Hoffenhaym”dan ayrılmaq istəmədiyini bildirib. 2021-ci ilədək müqaviləsi olan Naqelsmann bundan əvvəl “Bavariya”nın təklifindən imtina etmişdi.

Qeyd edək ki, Naqelsmannın futbolçu karyerası uğursuz alınıb. O, 2006-2007-ci illərdə “1860 Munhen”in, 2007-2008-ci illərdə “Auqsburq”un ikinci komandasında oynayıb və 21 yaşında karyerasını bitirib.

Bənzər yazılar

Back to top button