Dünya

Çarukyan baş nazir Paşinyanı istefaya çağırıb

İqtisadiyyatdakı uğursuzluqlara görə hökumətin tərkibi 100% dəyişməlidir

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyan bu barədə siyasi şuranın iclasında bəyan edib ki, hökümətin belə bir tərkibi ilə əvvəllər xalqa verdiyi vədləri yerinə yetirmək mümkün deyil:

“Əsas problem bu tərkibdə insanların real həyatda bir barmağı bir barmaq üstə qoymayan sahə rəhbərlərinin olmasıdır. Ona görə də bu dəyişikliklərin həyata keçirilməyəcəyi bəllidir”.

AzToday.az Ermənistan mediasına istinadən xəbər verir ki, Çarukyan xatırladıb ki, həmişə hökumətin bu tərkibi ilə xalqın gözləntilərini qarşılamaq mümkün olmayıb:

“Əgər onlar bunu etmək istəyirdilərsə, onda hökumətin 97% -ni dəyişdirməli idilər. Amma bu gün uğursuzluqları görəndə deməliyəm ki, 97% deyil, hökumətin tərkibi 100% dəyişməlidir. Çünki işlərinin nəticəsi olaraq bütün sektorlar çöküb”.

Partiya sədrinin sözlərinə görə, iqtisadiyyatın bütün sahələrində uğursuzluq baş verib:

“İqtisadi inqilab elan etdilər, iqtisadi inqilab sadəcə söhbətdən ibarət olmamalıdır. Bu hökumətin proqramı ilə heç bir iqtisadi inqilabın ola bilməyəcəyini söylədim. Çünki ölkədə investisiya cəlb etmək üçün mexanizm yaratmayıb”.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button