Bizim seçimManşetSiyasət

Rusiyanın Strateji Mədəniyyət Fondunun saytı Azərbaycanı hədəf alıb (FOTO)

Bəs bizim müvafiq qurumlarımız, Xarici İşlər Nazirliyi, Rusiyadakı səfirliyimiz hara baxır?

Dünyada fəaliyyət göstərən çoxsaylı media orqanları sırasında bəzi saytlar var ki, Azərbaycana qarşı informasiya müharibəsində fəallıq göstərirlər. Ən acınacaqlısı isə odur ki, bu saytların bir çoxu Azərbaycanın həmişə loyal münasibət göstərdiyi Rusiyanın ərazisində fəaliyyət göstərən qurumların tabeliyində olanlardır. Məsələn, Rusiyanın Starteji Mədəniyyət Fondunun “fondsk.ru” saytı son dövrlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində birtərəfli, hətta ermənipərəst şərhləri ilə seçilir.

AzToday.az-ın Azərbaycana qarşı çıxış edən sayt barədə apardığı qısa araşdırma zamanı bəlli olub ki, sayta Vladimir Maksimenko adlı bir rus rəhbərlik etsə də, saytda əsas müəlliflərdən biri Aqaron Ayvazyan adlı ermənidir. Amma bir erməni müəllifin saytda çalışdığına görə ölkəmizi hədəf alınması olduqca maraq doğurur və qəbuledilməz haldır.

İndi isə saytın birtərəfli, hətta ermənipərəst mövqeyinə toxunaq. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin və Müdafiə naziri Zakir Həsənovun münaqişə ilə bağlı açıqlamalara yer verən saytın onlara cavab vermək üçün istifadə etdiyi, yaxud seçdiyi şəxslər olduqca aşağı ranqdadırlar ki, bunu ancaq ölkəmizi təhqir kimi qəbul etmək olar.

Məsələn, dövlət başçımıza cavab vermək üçün seçdiyi şəxs bu yaxınlarda işğal edilmiş ərazilərə təyin olunan Araik Harutyunyan, müdafiə nazirinə cavab vermək üçün isə Ermənistan Müdafiə Nazirliyinin yeni mətbuat katibi Şuşan Stepanyanı seçiblər.

Saytın ermənipərəstliyi bununla bitmir. Azərbaycanla bağlı əksər məlumat və yazılarında Azərbaycanı aşağılamaq, Dağlıq Qarabağı tərəf kimi təqdim etmək cəhdi açıq şəkildə özünü göstərir. Bəs bizim müvafiq qurumlarımız, Azərbaycanın Xarici İşlər Nazirliyi, ölkəmizin Rusiyadakı səfirliyi hara baxır?

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button