İdman

Fernan Torresin formasındakı sirr

Ferran Torres Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Barselona”nın “Napoli” ilə oyununda matçın qəhrəmanı olub.

Fanat.az xəbər verir ki, penaltidən komandasının bərabərlik qolunu vuran ulduz futbolçu formasındakı qəribəliklə də diqqət mərkəzinə düşüb.

Meydana çıxanda hər şey onda normal görünsə də, ikinci hissədə geyimində klubun öz və sponsorun (Nike) loqosu olmayıb.

“Sport”un xəbərinə görə, hücumçu eyni forma ilə oynayıb. Sadəcə, ikinci hissədə klubun loqosu tədricən qopub və otun üstünə düşüb. Bir az sonra eyni hal “Nike” brendi ilə də baş verib, nəticədə Torres qol vuranda və kameralar diqqəti ona yönəldəndə sadə geyimlə görüntülənib.

Bənzər yazılar

Back to top button