Gündəm

Alimlərdən həyəcan TƏBİLİ: “Günəş sönür”

Son illərin müşahidəsi göstərir ki, Günəşin səthindəki aktivlik getdikcə azalaraq, ən aşağı həddə çatıb.

AzToday.Az-ın məlumatına görə, Modern.az xəbər verir ki, bu barədə “MNRAS” elm jurnalındakı məqalədə yazılıb.

“Günəşin sonuncu maqnit aktivliyi ən aşağı səviyyədə olub. Bu aktivliyinin get-gedə azalması narahatedici məqamdır” –deyə Birmingem universitetindən İvon Elsvort bildirib.

Günəşin aktivlik dövrü maksimum 11 il davam edir. Bu dövr maqnit qasırğaları müşahidə olunur, insanlarda başağrı halları artır.

2008-ci ilin yanvarında başlayan sayca 24-cü Günəş aktivliyi dövrü gözləniləndən çox zəif olub. Alimlər maqnit sahələrinin azaldığını və şüalanmanın zəiflədiyini müşahidə edib.

Bənzər yazılar

Back to top button