Dünya

Azərbaycanın ayırdığı 5 milyondan Ermənistana pay düşəcək?

ÜST rəsmisi bütün potensialları ilə Ermənistana koronavirusla mübarizədə kömək üçün hazır olduqlarını bildirib

AzToday.az “Panorama.am”a istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, səhiyyə naziri Arsen Torosyan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin direktoru Hans Kluge ilə videokonfrans formatında görüş keçirilib.

Videokonfrans zamanı tərəflər ikitərəfli işləri, habelə son aylarda gündəmdə olan məsələyə çevrilmiş koronavirus infeksiyası ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Arsen Torosyan, Koronavirus xəstəliyi ilə əlaqədar Ermənistandakı vəziyyəti, atılan və davam edən addımları təqdim edib, həmçinin planlaşdırılan işlər barədə məlumat verib.

Söhbət əsnasında Hans Kluge, pandemiya ilə əlaqəli bütün problemləri aradan qaldıracaq təşkilatın bütün potensialı və vasitələri ilə ölkədə göstərilən səyləri dəstəkləməyə hazır olduğunu bir daha bildirib.

Qeyd etmək lazımdır ki, Paşinyanın hay-küyü öz bəhrəsini verib və artıq ÜST səhiyyə sahəsində mühüm beynəlxalq tərəfdaş kimi işğalçı dövlətə yardım göstərməyə hazırdır.

ÜST rəsmisi bütün potensialları ilə Ermənistana koronavirusla mübarizədə kömək üçün hazır olduqlarını bildirməsi isə bu yaxınlarda Azərbaycanın ayırdığı bu təşkilata ayırdığı 5 milyon dollardan Ermənistana da pay düşəcəyinə dəlalət edir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button