Siyasət

Hərbi ekspert: “Gürcüstan Azərbaycanla birgə “SU-25”lər istehsal edə bilər”

“Gürcüstan “SU-25” hücum təyyarələrinin istehsalını Azərbaycanla birgə inkişaf etdirə bilər”.

AzToday.az “Report”a istinadən xəbər verir ki, bunu hərbi ekspert Vaxtanq Maisaya “Rezonansi” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hərbi təyyarələrin istehsalının bərpası məsələsində Gürcüstanın Ukrayna ilə əməkdaşlıq edəcəyi ehtimal olunur: “Ukraynada aviasiya sahəsinin möhkəm təməli var. Bu sahə Azərbaycanla birgə də inkişaf etdirilə bilər. GUAM ölkələrinin potensialından da istifadə etmək mümkündür”.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bu yaxınlarda “SU-25” hərbi təyyarələrinin ölkədə istehsalı, təmiri və bərpası üçün bütün texniki, intellektual və insan resurslarının olduğunu bildirib. Nazir deyib ki, müxtəlif ölkələr bu tip təyyarələrə böyük maraq göstərirlər.

Xatırladaq ki, SSRİ dövründə Tbilisi Aviazavodu fəaliyyət göstərib. Zavodda keçmiş sovet respublikalarındakı müəssisələrdən əldə edilən komplektlər əsasında aviatexnikaların yekun yığılması həyata keçirilib.

Bənzər yazılar

Back to top button