CəmiyyətXəbərlər

Məhkəmə Əfqan Muxtarlı ilə bağlı qərar verdi

Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinə baxılıb.

Aztoday.Az axar.az-a istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının vəsatəti təmin edilməyib.

İttihama görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra isə onun həbs müddəti daha 2 ay uzadılıb.

Bənzər yazılar

Back to top button