Prezident Dövlət Neft Fondunun büdcəsi haqqında fərmanı dəyişdirdi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Aztoday.Az-ın məlumatına görə, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 33, № 5, maddə 782) aşağıdakı dəyişikliklər edilib:
Fərmanın 1-ci hissəsində “8370589,8” və “14483856,0” rəqəmləri müvafiq olaraq “10813861,6” və “15242928,0” rəqəmləri ilə əvəz edilsin.
2-ci hissədəki cədvəlin 2.1-ci bəndində “7550705,3” rəqəmləri “9826212,0” rəqəmləri ilə, 2.2-ci bəndində “3465,0” rəqəmləri “3605,5” rəqəmləri ilə, 2.3-cü bəndində “16830,0” rəqəmləri “17688,5” rəqəmləri ilə, 2.4-cü bəndində “799094,6” rəqəmləri “963948,0” rəqəmləri ilə, 2.5-ci bəndində “495,0” rəqəmləri “2407,6” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “8370589,9” rəqəmləri “10813861,6” rəqəmləri ilə əvəz edilsin.
3-cü hissədəki cədvəl aşağıdakı redaksiyada verilsin:
Sıra №-si |
Xərc istiqamətləri |
Xərclərin məbləği (min manat) |
3.1. |
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
105 000,0 |
3.2. |
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi |
6 100 000,0 |
3.3. |
Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi |
7 500 000,0 |
3.4. |
Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
70 000,0 |
3.5. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
165 825,0 |
3.6. |
“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi |
29 304,0 |
3.7. |
Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi |
496 155,0 |
3.8. |
Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi |
744 072,0 |
3.9. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
32 572,0 |
Cəmi |
15 242 928,0 |
Fərmana aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:
“1.8. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi”.