Cəmiyyət

İnformatika olimpiadasının final turunun vaxtı bilindi

İyunun 17-də Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçiriləcək.

Təhsil Nazirliyindən AzToday.az-a verilən məlumata görə, final mərhələsi Bakı Mühəndislik Universitetində təşkil ediləcək. Olimpiada saat 10:00-da başlayacaq. İştirakçıların saat 09:00-da BMU-da olmaları xahiş olunub.

Final turunda 74 şagirdin iştirakı gözlənilir.

Bənzər yazılar

Back to top button