Dünya

ABŞ dövlət katibi: “İranın silah almağına imkan verməyəcəyik”

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının rəsmi Tehrana qarşı qəbul etdiyi silah satışı sanksiyasının müddəti bitdikdən sonra da İranın silah almasına icazə verməyəcəyik”.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib. O, bildirib ki, İranla bağlanan nüvə sazişinin uğursuzluqları kifayət qədərdir və onlardan biri də oktyabrda Rusiya, Çin və digər ölkələrdən silah ala biləcəyidir.

“Kimlərsə bu gün Hizbullah və digər şiə qruplaşmaları vasitəsilə terror kampaniyaları həyata keçirən və havaya raket atan bir millətin silah almasına icazə verilməli olduğunu düşünə bilər. Amma hesab edirəm ki, dünya bunun səhv olduğunu başa düşür. YE-3 müttəfiqlərimizi səlahiyyətçləri çərçivəsində tədbir görməyə çağırırıq. Silah satışına qoyulan qadağaları genişləndirmək üçün BMT-nin Təhlükəsizlik Şurası ilə birgə çalışacağıq. Və bunu nail olmaq yolunda bütün mümkün variantları nəzərdən keçirəcəyik”, – deyə Pompeo bildirib.

Pompeo koronavirus pandemiyasından da danışıb və Kovid-19-un yayılmasına görə dolayı yolla Çini ittiham edib:

“Bu virusun hardan gəldiyini dəqiq bilmirik. Bu gün Çinin daxilində patogenləri araşdırdığını düşündüyümüz çox sayda laboratoriya var. Və biz bunların təhlükəsizlik qaydaları çərçivəsində işləyib işləmədiklərini bilmirik. Unutmaq olmaz ki, Çindən dünyaya ilk dəfə virus yayılmır”.

Dövlət katibi həmçinin ABŞ-ın müttəfiqlərini Çində baş verənlərlə bağlı cavab tələb etməyə çağırıb. O, bildirib ki, pandemiya bütün dünya üçün böyük iqtisadi itkiyə səbəb olub və Çində aparılan elmi araşdırmaların risk ifadə etmədiyindən əmin olmaq lazımdır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button