HadisəManşet

MN: “Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə AzToday.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – MN-in məlumatında bildirilib.

Bənzər yazılar

Back to top button