Hadisə

Bakıda xüsusi karantin qaydalarını pozan sürücü sərxoş imiş (VİDEO)

İyunun 14-ü saat 00:00-dan etibarən iyunun 16-ı saat 06-00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Hərəkətin qadağan olduğu qərar qüvvədə olduğu dəqiqələrdən, paytaxtın küçə və prospektlərində sakitçiliyin höküm sürdüyünün şahidi olduq. Buna baxmayaraq, bu sükutu pozanlar da oldu.

Belə ki, Ziya Bünyadov prospektində xüsusi karantin qaydalarını pozan “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Vətəndaşın sənədlərinin yoxlanılması zamanı onun içkili olduğu ehtimalı yaranıb. Sürücü ilə danışıqlar aparılan zaman, həmin şəxs içkili olduğunu etiraf edib.

O, alkoqol sərxoşluğunun təyin edilməsi məntəqəsinə aparılıb. Ekspert onun sərxoş halda sükan arxasında olmasını müəyyən edərək müvafiq akt tərtib edib. Avtomobil evakuator vasitəsi ilə ərazidən evakuasiya edilib.

F.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 və 211-ci maddələrinə əsasən protokol tərtib edilib. Faktla bağlı araşdırma aparılır.

Operativ Qərargah bir daha vətəndaşları diqqətli olmağa, qoyulan tələblərdə həmrəylik göstərməyə çağırıb.

Bənzər yazılar

Back to top button