Xəbərlər

Azərbaycanlı siyasi mühacirə Çexiyada da təzyiq davam edir

Azərbaycanlılar onu Vasif Talıbovun yanına göndərəcəkləriylə bağlı hədələdilər.

Naxçıvanlı Siyasi mühacir, Almaniyadan Dublin protokolunun tətbiqinə görə Çexiyaya göndərilmiş Nadir Məmmədov burada təzyiqlə üzləşdiyi barəsində məlumat verir.

N.Məmmədov bildirir ki, hələ Almaniyada olarkən 2017-ci ilin yanvar ayından Zamiq Məmmədli adlı şəxs tərəfindən facebook hesabı vasitəsilə təhdit olunur: “Demək 27 yanvar 2017-ci ildə – hələ biz Almaniyada olarkən www.Azvision.az saytında “Bu da yalan çıxdı. Meydan-Tv-nin istifadə etdiyi şəxs əslində kimdir?” (https://azvision.az/news/109947/bu-da-yalan-cixdi–meydan-tv-nin-istifade-etdiyi-sexs-eslinde-kimdir-%E2%80%93-fakt.html) yazısında yaxın qohumum və Naxçıvanlı iş adamı Məmməd Qurbanov haqqında siyasi sifarişlə həqiqətə uyğun olmayan məlumatlar verilmişdir. Guya ki, o, Emin Milli və ya Həbib Müntəzirlə əlaqəli adamdır və yazıda gedən məlumatlar həqiqətə uyğun deyil. Lakin o, 2010-cu ildən başlayaraq Naxçıvan MR-da Vasif Talıbov və onun əlaltılarının göstərişilə dəfələrlə saxlanılmış, həbs edilmiş və müxtəlif formalarda işgəncə almışdır. Bu barədə Azadlıq qəzeti, Azadlıq radiosu və digər Kütləvi İnformasiya Vasitələrində çoxlu sayda yazılar dərc olunmuşdur. Bundan savayı mənim və qohumum M.Qurbanovun haqqında vəkilimiz Xalid Bağırovun çıxışları Youtubeda ( https://www.youtube.com/watch?v=x9mn4H_bCOE ) vardır”.

Nadir Məmmədov qeyd edir ki, özünü Çexiya Respublikasında Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edən Zamiq Məmmədli və bir qrup tərəfdarı onu təhdit etməkdə davam edir: “ Məni və qohumum Məmməd Qurbanovu Zamiq və onun dostları təhqir edirlər, eyni zamanda buradan deportasiya etdirəcəkləriylə hədələyirlər. Mən heç şübhə etmirəm ki, bu Naxçıvan MR-nin və Azərbaycanın yüksək vəzifə sahiblərinin – şəxsən Vasif Talıbovun, Əhməd Əhmədovun və digərlərinin göstərişilə bu hərəkətləri edirlər. Birbaşa bu şəxs mənə yazıb ki, səni deport etmək mənim əlimdədir”.

Siyasi mühacir Nadir Məmmədov artıq özünün və ailə üzvlərinin həyatının təhlükəsiz olmasından narahatlığını da bildirdi: “Mən artıq Çexiyada özümü güvənsiz hiss edirəm. Çünki, Azvision.az informasiya portalı Azərbaycanın siyasi hakimiyyətini müdafiə edən bir orqandır. Həm də, Azərbaycanın hakim ailəsinin və digər vəzifəli şəxslərinin Çexiyada böyük biznesləri barəsində xarici KİV-də də (https://www.azadliq.org/a/24736655.html) məlumatlar yayılmışdır”.

N.Məmmədov qeyd etdi ki, baş verənlərlə bağlı yerli polisə müraciət etmişdir: “Mən özümün və ailəmin həyat təhlükəsizliyindən narahat olduğum üçün 31.08.2017-ci il tarixdə faktlarla və ərizəylə Çexiya Polisinə müraciət etdim. Polis əməkdaşları da faktları qeydə alaraq mənə bu barədə arayış təqdim etdilər. Orada da qeyd olunub ki, mən bu ölkədə özümü güvənli hiss etmirəm. Azərbaycan hakimiyyətinin Əfqan Muxtarlıya qarşı etdiyi quldurluq əməlindən sonra mənim sosialist tarixi olan ölkələrin heç birinə güvənim yoxdur”.

Aynur Məmmədova

Bənzər yazılar

Back to top button