Dünya

Ermənistanda etirazlar yenidən alovlanır: Paşinyan tərəfdarlarına səsləndi

Ermənistanda iqtidarla müxalifət arasındakı çəkişmələr davam edir.

Qaynarinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkədə etiraz dalğası yenidən alovlanıb və paytaxt Yerevanda yüz minlərlə insan küçələrə çıxıb.

Etirazların təşkilatçısı olan müxalif lider Nikol Paşinyan bu gün baş nazir vəzifəsinə namizəd olan Karen Karapetyanla görüşmək istəyib, lakin Karapetyan onun bu təklifini rədd edib.

Buna cavab olaraq Paşinyan Ermənistanı bir-birinə qatan etirazların yenidən başlayacağını açıqlayıb. Tərəfdarlarını paytaxtdan başqa digər şəhərlərdə də küçələrə çıxmağa səsləyən Paşinyan Yerevandakı aksiyaların isə 2 gün təxirə salınmasını istəyib.

Qeyd edək ki, iki həftəyə yaxındır ki, davam edən etiraz aksiyaları nəticəsində ölkənin baş naziri Serj Sarkisyan istefa versə də, hələ də idarəçilikdə əsas güc Respublikaçı Partiyanın əlindədir. Parlamentdə sadəcə 9 yeri olan Paşinyan seçkilərin erkən keçirilməsini tələb edir. Respublikaçılar Partiyası isə yeni baş nazirin mayın 1-də parlamentin iclasında seçiləcəyini açıqlayıb.

Bənzər yazılar

Back to top button