CəmiyyətXəbərlər

Təhsil Nazirliyi: Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə…

Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər.

AzToday.az xəbər verir ki,Bu barədə özəl olaraq Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: “Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.

Bənzər yazılar

Back to top button