Xəbərlər

“Yaranmış vəziyyət ağılsız siyasətin nəticəsidir, belə idarəçilik olmaz”

“Azərbaycanda yaranmış bugünkü vəziyyət ağılsız və qeyri-demokratik siyasətin nəticəsidir. Doğrudur, bütün dünyada vəziyyət bir qədər ağırlaşıb. Amma neftdən asılı olan ölkələr arasında ən ağır vəziyyətdə olanı bizim ölkəmizdir”.

Bunu açıqlamasında görkəmli dramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bildirib.

Rüstəm İbrahimbəyovun fikrincə, Azərbaycan öz iqtisadiyyatını elə qurmalı idi ki, neftdən asıllıq minimuma ensin:
“İllər boyu deyirdik ki, gec-tez neftin axırına çıxacağıq. İstisadiyyatımızı elə qurmalı idik ki, neftin satılıb-satılmamasının bizim həyatımıza təsiri olmasın. Təəssüf ki, bu illər ərzində 500 milyard dollara qədər vəsait tələf edilib. Cürbəcür mənasız şeylərə sərf olunub. Mənasız daş hasarlar tikirdilər. Yollar salırdılar, sonra onu hər il sökürdülər, təzədən düzəldirdilər. Beləliklə də gələcəyimizin pullarını məhv elədilər. Ona görə də bu vəziyyətə düşmüşük”.

Rüstəm İbrahimbəyov deyib ki, vəziyyətdən çıxmaq üçün mütləq reformalar keçirilməlidir:

“Ənənəvi idarəçilikdən imtina etmək lazımdır. Bu üsul və metodlarla höküməti idarə etmək olmaz. İslahatlar aparılmasa vəziyyət daha da gərginləşəcək. Bilirsiniz ki, Azərbaycana qarşı iki sanksiya hazırlanır və bu sanksiyalar iqtisadiyyatımızı məhv edəcək. Biz üçuruma gedirik, ona görə də iqtidar bu siyasətdən yaxın vaxtlarda imitna etməldir”.

Aynur Məmmədova

Bənzər yazılar

Back to top button