İdman

“Atletiko” 4 milyona alınan futbolçunu 70 milyona transfer etdi – RƏSMİ

“Monako”nun futbolçusu Tomas Lemarın “Atletiko”ya keçidi rəsmiləşib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, fransız futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Madrid təmsilçisi Lemar üçün “Monako”ya 70 milyon avro ödəyəcək. O, yeni klubunda 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan 23 yaşlı hücumameylli yarımmüdafiəçi 2015-ci ildə “Kan”dan “Monako”ya 4 milyon avroya transfer edilmişdi.

Bənzər yazılar

Back to top button