Xəbərlər

Əli Kərimli SOCAR-dakı daha irimiqyaslı korrupsiyanı gündəmə gətrdi

AXCP sədri Əli Kərimli SOCAR-ın idarə rəisi mavininin Bodrumda 20 milyon dollara 16 villa alması xəbərinə ictimai reaksiyadan çıxış edərək, Global Witness təşkilatının bu şirkətdəki iri korrupsiya əməliyyatları haqda hələ 2013-cü ildə üzə çıxardığı faktları xatırladıb. AXCP lideri feysbuk səhifəsində yazıb:

Görürəm ki, SOCAR-da idarə rəisi müavininin arvadının 16 villa almasına sosial şəbəkələrdə heç kim biganə qalmayıb. Amma 2 il bundan qabaq İngiltərənin Global Witness təşkilatı SOCAR-dakı dəhşətli korrupsiya barədə ictimaiyyətə araşdırma təqdim edəndə, heç belə ajiotaj olmamışdı.

Həmin hesabatdakı mühüm faktlara bir daha nəzər salın və görün ki, orada yazılanların yanında bu xanımın aldıqları heç nədir. Hesabatda deyilir:

“SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox, 60 faizini məhz SOCAR Trading SA satırmış (Mənbə: Socar Bond Prospekti). Bu əməliyyatlardan SOCAR Trading SA təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon AZN mənfəət götürüb.

SOCAR International DMCC şirkəti 2011-ci ilin iyununda BƏƏ-də qeydiyyatdan keçib. SOCAR-ın həmin şirkətdəki ortaqlarının adı bəlli deyil. Amma o bəllidir ki, SOCAR İnternational DMCC şirkəti də nefti öz növbəsində Supra Holding vasitəsilə bazara çıxarırmış. 2011-ci ildə SOCAR International DMCC Supra Holdinqə 1,68 milyard dollarlıq, 2012-ci ildə isə 5,77 milyard dollarlıq neft satıb. Bu iki il ərzində artıq tam olaraq SOCAR-ın mülkiyyətinə keçən Supra ilə nefti istehsal edən SOCAR arasında vasitəçilikdən SOCAR İnternational DMCC 66 milyon dollar təmiz gəlir götürüb. Bu gəlir SOCAR-ın öz neftinin özünə satılmasından əldə edilib…”.

Beləliklə, məlum olur ki, SOCAR boyda bir şirkət öz neftini özü sata bilmirmiş. Bu işdə ona vasitəçilik edən “sevimli şirkətlər” 100 milyonlarla dollar qazanırmış. Ən dəhşətlisi isə odur ki, SOCAR rəhbərliyinin bu sevimli vasitəçi şirkətləri SOCAR-ın öz neftini SOCAR-ın mülkiyyətində olan şirkətə satmaqdan da nəhəng pullar qazanıblar.

Bu hesabat 10 dekabr 2013-cü ildə ictimaiyyətə açıqlanıb. Amma o zaman neftin qiyməti yüksək idi, devalvasiya və bahalaşma da gündəm deyildi. Biz də icitimaiyyət olaraq oğurlanan 100 milyonları “saymırdıq”, bu işlə az sayda adam məşğul olurdu. Beləliklə də gəlib indiki vəziyyətə düşdük. İndi tam aydın olurmu ki, ölkədə niyə dollar tapılmır, SOCAR-ın nəyə görə 8.2 milyard dollar xarici borcu yaranıb, öz neftimizdən emal olunan benzin bizə niyə belə baha satılır?

Aynur Məmmədova

Bənzər yazılar

Back to top button