Hadisə

Ziyafət Əsgərova şikayət edən vətəndaş həbs edilib

Sahağacı kənd sakini Fəyaz Əsədov Ziyafət Əsgərovla görüşündə ona evində baş verən oğurluq hadisəsindən bəhs edəndən sonra həbs edilib.

Bu barədə zərərçəkmişin ailəsi ToplumTv-yə məlumat verib.

Məlumata görə, Fəyaz Əsədov Ziyafət Əsgərova oğurluq hadisəsinin iki aydır polis tərəfindən araşdırılmadığı ilə bağlı şikayət edib.

Oğrunu da tanıdığını deyib və oğurluq mallar onun evindən çıxdığını bildirib.

Ziyafət Əsgərov polisə bildirib ki, vətəndaşın problemini həll etsinlər.

Bundan sonra isə Fəyaz Əsədova 10 sutka həbs verilib.

Adı oğurluqda hallandırılan şəxsin Əsgərovla görüşün təşkilatçılarından biri olduğu deyilir.

Ziyafət Əsgərovun səlahiyyətli nümayəndəsi məsələni araşdıracaqlarını deyib.

Astara polisindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Bənzər yazılar

Back to top button