İdman
Arda “Urava”ya keçir? – Açıqlama
“Başakşəhər”dən ayrılan Arda Turan Yaponiyanın “Urava Reds” klubuna transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın məlumatına görə, “TRT Sport”a danışan türk yarımmüdafiəçi bu iddiaları təkzib edib: “Mən “Barselona”nın futbolçusuyam. Heç bir klubla danışıqlar aparmamışam”.
Qeyd edək ki, A.Turanın Kataloniya təmsilçisi ilə müqaviləsi 2020-ci ilin iyununda başa çatır.