Cəmiyyət

DİQQƏT! İndi arıqlamaq daha asan olancaq

Toxumalar arasında bədəndəki mayenin artması nəticəsində ödəm, yəni , bədəndə şişkinlik yaranır. Ödəmin qarşısını almaq üçün diyetoloqlar xiyar pəhrizini tövsiyə edir. Adından da bəlli olduğu kimi, xiyar pəhrizində əsas yeri tərəvəzin özü tutur. Pəhriz ərzində çoxlu xiyar yemək lazımdır. Xiyar pəhrizi zülal və vitaminlərlə də zəngindir.

Yay fəslində sürətlə arıqlamaq istəyənlər üçün xiyar pəhrizinin reseptini təqdim edir:

Pəhriz 3 gün ərzində saxlanılır. Bu pəhrizlə 3 gündə 1.5 kq arıqlamaq mümkündür. Əgər daha çox arıqlamaq istəyirsinizsə, fasilə müddətində yediklərinizə diqqət etmək şərtilə 10 gün fasilə verib yenidən tətbiq edə bilərsiniz.

İlk gün:

Səhər
Səhər yeməyində ilıq olmaq şərtilə 1 stəkan ballı və limonlu su, 2 kiçik dilim pendirlə (yağsız) 2 ədəd xiyar.

Saat 11:00 və 13:00 arası:

1 stəkan ayranla 2 ədəd xiyar.

Günorta yeməyi:

Günorta yeməyində 1 çay qaşığı zəncəfillə 1 kasa yağsız qatıq və 3 ədəd buxarda bişmiş qabaq.

Saat 15:00 ilə 17:00 arası

3 ədəd qoz və 3 ədəd xiyar. İki saat sonra 1 ədəd yaşıl alma.

Axşam yeməyi

1 porsiya zeytun yağında bişmiş qabaqla birlikdə 4 – 5 qaşıq bulqur plovu.

Axşam yatmazdan iki saat əvvəl 2 ədəd xiyar yeyin.

2-ci gün:

Səhər

Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtilə ballı və limonlu su, 2 kiçik dilim pendirlə (yağsız) 2 ədəd xiyar.

Saat 11:00 ilə 13:00 arası:

4 ədəd çiyələk və 1 ədəd kivi

Günorta yeməyi:

Günorta yeməyində 1 porsiya az yağlı qiyməli qabaqla 1 dilim çovdar çörəyi.

Saat 15:00 ilə 17:00 arası

2 ədəd qoz və 1 stəkan keçi südü (az yağlı)
Axşam yeməyində 3 ədəd yumurtanın ağından hazırlanmış az yağlı qayğanaq, 2 ədəd xiyar və 2 ədəd bibər.
Axşam yatmazdan 2 saat əvvəl 2 ədəd xiyar yeyin.

3-cü gün:

Səhər

Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtilə ballı və limonlu su, 2 dilim pendirlə (az duzlu olmasına diqqət edin) 2 ədəd xiyar.

Saat 11:00 ilə 13:00 arası:

Günorta yeməyində 1 kiçik boşqab yaşıl mərci və 1 porsiya zeytun yağlı qabaq.

Saat 15:00 ilə 17:00 arası

1 stəkan yağsız zəncəfilli süd, 2 ədəd qoz və 2 ədəd xiyar

Axşam yeməyi:

Axşam yeməyində 1 kasa yağsız qatıqla hazırlanmış doğramac, 3 ədəd yumurtanın ağı ilə bibərli omlet.
Axşam yatmazdan 2 saat əvvəl 1 ovuc qədər qoz-fındıq və 2 ədəd xiyar.

Qeyd: Son porsiyanı yatmazdan ən gec 2 saat əvvəl yeyin. Əgər yatmazdan əvvəl yesəniz, orqanizm onu çətin həzm edəcək və çəki yandırmaq prosesi çətinləşəcək. Bu pəhrizi saxlayan zaman 1.5, 2 litr su için. Daha sürətli arıqlamağı qarşısınıza məqsəd qoymusunuzsa, yaşıl çay için və idman edin.
Mənbə- Saglamheyat.az

Bənzər yazılar

Back to top button