GündəmSağlamlıq

İcra başçısı koronavirusa yoluxdu – İcra Hakimiyyəti karantində

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin koronavirusa yoluxması və icra aparatı işçilərinin karantinə alınması ilə bağlı rəsmi açıqlama verilib.

İcra başçısının birinci müavini Ceyhun Həsənov BAKU.WS-in bölgə müxbirinə bildirib ki, aparat işçiləri işdədir, heç kim karantinə alınmayıb:

“Biz əhali ilə sıx təmasda işlədiyimizə görə mütəmadi şəkildə koronavirus infeksiyasına qarşı testdən keçirik. Sonuncu dəfə iyun ayının 17-si testdən keçmişik və hələ cavab gəlməyib. Hər kəs işdədir, yazılanların haradan qaynaqlandığını bilmirəm. Amma onu bilirəm ki, hamı iş başındır”.

Məsələyə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov da münasibət bildirib:

“Bizdə belə bir xəbər yoxdur. Vətəndaşlarla işlədikləri üçün, vətəndaş qəbulları təşkil olunduğu üçün mütəmadi şəkildə İcra Hakimiyyəti orqanlarında çalışanlardan nümunələr götürürük. Goranboyda bu, keçirdiyimiz sayca 3-cü testdir. Onu deyə bilərəm ki, sonuncu testin cavabları hələ gəlməyib.

İcra başçısı və ya hər hansı icra nümayəndəsində koronavirus aşkarlanmayıb. Bu günədək Goranboy rayon İcra Aparatında koronavirus infeksiyası aşkar edilməyib”.

11.33

Goranbuyun icra başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub.

AzToday.az xəbər verir ki, Haqqın.az-ın məlumatına görə, son günlərdə onunla ünsiyyətdə olanlar həkim nəzarətinə alınıb.

İcra başçısı özü isə xəstəxanaya yerləşdirilib. Təyin olunmuş prosedura əsasən, Goranboya İcra Hakimiyyəti karantinə alınıb.

Bənzər yazılar

Back to top button