ManşetSiyasət

2023-2024-cü illərdə Azərbaycan Rumıniyaya 1 mlrd. kubmetr qaz tədarük edəcək

Cümə günü SOCAR Dövlət Neft Şirkəti və Rumıniyanın Romgaz şirkəti 2023-2024-cü illərdə Azərbaycandan Rumıniyaya qaz tədarükü haqqında müqavilə imzalayıb.

“Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclası çərçivəsində 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb”, deyə SOCAR Dövlət Neft Şirkətinin məlumatında bildirilir.

Bu saziş SOCAR və Romgaz S.A. arasında 2022-ci ilin 19 oktyabr və 16 dekabr tarixlərində imzalanmış sənədlərin davamıdır.

İmzalanmış sənədlər “Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və “yaşıl enerji” strategiyasına mühüm töhfə verəcək”.

Rumıniya KİV-lərinin məlumatına görə, qaz nəqli haqqında müqavilə 1 aprel 2023-cü il tarixindən 1 aprel 2024-cü il tarixinə qədər etibarlı olacaq.

Azərbaycan artıq TAP boru kəməri ilə Aİ ölkələrinə – Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz nəql edir və Rumıniya Avropaya ixracatın yeni ünvanı olacaq.(Turan)

Bənzər yazılar

Back to top button