Hadisə

“Azərsu” Xırdalanda yolu bərbad hala saldı (VİDEO)

Abşeron rayonu, Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsinin yolu bərbad hala salınıb.

AzToday.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, sakinlər deyirlər ki, bir müddət əvvəl “Azərsu” ASC tərəfindən yolda qazıntı işləri həyata keçirilib. İş yarımçıq qaldığından yol keçilməz vəziyyətə düşüb. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət də olunub. Ümumiyyətlə, bu yolda qışda palçıqdan, yayda toz-torpaqdan keçmək mümkün deyil.

Mövcud vəziyyətlə bağlı Xırdalan şəhər icra nümayəndəsi Rafiq Yusubov bildirib ki, şəhər ərazində yolların abadlaşdırılması istiqamətində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən işlər görülür. Bəşir Səfəroğu küçəsində yolların bərbad vəziyyətə salınmasından da xəbərləri var.

“Azərsu” ASC-nin layihə icraçısı İsmayıl Abbasov isə “Xəzər Xəbər”ə bildirib ki, ərazidə işlər karantinə görə dayandırılıb. Sakinlərin haqlı narazılığına səbəb olan problem isə karantin rejimi bitdikdən sonra öz həllini tapacaq.

Bənzər yazılar

Back to top button