DünyaSiyasət

Zərif Suriyaya gedir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bazar ertəsi Suriyaya səfər edəcəyini söyləyib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Xarici İşlər naziri bir günlük səfər çərçivəsində suriyalı həmkarı Vəlid əl-Muallim və Prezident Bəşər Əsədlə görüşəcək.

Musəvinin sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri, regional hadisələri, Suriyanın terrorizmlə mübarizəsini və son hadisələri müzakirə edəcəklər.

Qeyd edək ki, Zərif sonuncu dəfə mart ayında Suriyada olub. Bu ilin yanvar ayında isə xarici işlər naziri və Suriyanın müdafiə naziri Tehranda görüşüb.

Bənzər yazılar

Back to top button