CəmiyyətGündəmİqtisadiyyatXəbərlər

Şad Xəbər: Azərbaycanda maaş və pensiyalar artırılır

“2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir”.

“AzToday.az” xəbər verir ki, bunu azvision.az-a iqtisadçı-deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.

“2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq. Qeyri-neft sektorunda aparılan islahatlar öz bəhrəsini verir. 2017-ci ildə ixrac idxalı üstələyib və müsbət saldo yaranıb. Bunlar 2018-ci ilin dövlət büdcəsinə müsbət təsirini göstərəcək. Bu səbəbdən gələn il maaş və pensiyada artımlar gözlənilir”.

V.Əhmədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox proqnozlaşdırılıb. Deputat əlavə edib ki, dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində götürülməsi gözlənilir.

Bənzər yazılar

Back to top button