İdman

“Çelsi” Mudriki “Barselona”nın ulduzuna dəyişir

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Dumanlı Albion”a keçə bilər.

Fanat.az xəbər verir ki, informasiyanı “Todofichajes” yayıb.

Xəbərə görə, niderland futbolçunun xidmətində Londonun “Çelsi” klubu maraqlıdır. De Yonqun potensial transfer məbləği 80 milyon avro olaraq qiymətləndirilir. Londonlular sövdələşməyə ukraynalı vinger Mixail Mudriki də daxil etməklə bu məbləği azaltmaq istəyirlər. “Çelsi” və “Barselona” arasında müqavilə yay transfer pəncərəsində yekunlaşa bilər.

Qeyd edək ki, “Çesli” Mudriki ötən mövsüm Ukraynanın “Şaxtyor”undan 70 milyona alıb. De Yonqa gəlincə, o, bu mövsüm La Liqada 15 oyun keçirib, bir qol vurub və altı sarı vərəqə alıb.

Bənzər yazılar

Back to top button