İdman

Super Liqa klubu baş məşqçini açıqlamasına görə qovdu

Türkiyənin Super Liqa təmsilçisi “Ankaragücü” baş məşqçisi Mustafa Reşit Akçayı istefaya göndərib.

Fanat.Az xəbər verir ki, mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. “Ankaragücü”nün prezidenti Fatih Mert bildirib ki, Akçay verdiyi açıqlamaya görə yola salınıb.

Qeyd edək ki, Mustafa Reşit Akçay daha öncə sabiq komandası “Trabzonspor”un çempion olmasını istədiyi söyləyib. “Ankaragücü” növbəti həftə Türkiyə Super Liqasında səfərdə “Trabzonspor”un qonağı olacaq.

Bənzər yazılar

Back to top button