GündəmHadisə

Söyüdlüdə qarşıdurma zamanı 10 nəfər xəsarət alıb, daha 6 nəfər saxlanılıb

Söyüdlü kəndində etiraz aksiyasının dağıdılması zamanı 10-a yaxın yerli sakin xəsarət alıb, daha 6 nəfər saxlanılıb. Bu barədə Turan-a yerli sakin Sürəyya Əliyeva məlumat verib.

O deyib ki, qızıl mədəninin turşu tərkibli sularının örüş torpaqlarında qurulmuş gölməçəyə axıdılmasının ekologiyanı pozması, sakinlər arasında xəstəliklərin yaranmasına səbəb olması ilə bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edilib.

“Artıq kimyəvi tərkibli suların toplandığı bir göl dolub. İndi kəndin on metrliyinə ikinci göl qurmaq istəyrilər. Bu göllər kəndin örüş sahələrində qurulur. Yaşamaq mümkün deyil. Kənd sakinləri gölün qurulmasına etiraz edir. Bu zaman polis güc tətbiq etdi, gözyaşardıcı qazdan istifadə etdi. Kənd sakinləri arasında on nəfərədək xəsarət alanl var. 6 nəfər polis təırəfindən saxlanılıb. Bir qadın da xəsarət alıb. Onun bədənində, üzündə şişlər (qanşırlar-red) var. Əraziyə təcili tibbi yardım gəldi, xəsarət alanlara tibbi yardım göstərildi”, Əliyeva Amerikanın Səsinə deyib.

Bənzər yazılar

Back to top button