Hadisə

Bakıda “MediClub” klinikası karantinə bağlandı – SƏBƏB

Bakının özəl klinikalarından biri, xüsusilə nəhəng sığorta şirkətləri ilə çalışan və son günlər koronavirus testləri həyata keçirən “MediClub” klinikası bu gündən karantinə bağlanıb.

Pasiyentlər Medicina.az-a deyib ki, həkimlər klinikada işə gəlməyəcək və artıq xəstələrə bu barədə məlumat verilir.

Klinikadan Medicina.az-a bildirdilər ki, laboratoriyada COVİD 19 testi xidməti davam edir, lakin qızdırmalı, koronaviruslu xəstə ilə təması olan şəxslər testə qəbul olunmur.

Klinikada yalnız bir terapevt olacaq, digər həkimlər isə bir müddət işləməyəcək.

Klinika koronaviruslu xəstələr üçün ayrılmayıb.

2 həftəlik karantinin səbəbini soruşduqda isə “dəqiq bilmirik” cavabını veriblər.

Bənzər yazılar

Back to top button