Dünya

Netanyahu İsrailin “HƏMAS”la müharibəsinin üçüncü mərhələsinin başladığını elan edib

İsrail Qəzzə bölgəsində Fələstinin “Həmas” hərəkatına qarşı müharibənin üçüncü mərhələsinə başlayıb, bu barədə baş nazir Binyamin Netanyahu bildirib. Bu mərhələ quru hərbi əməliyyatının genişlənməsini nəzərdə tutur.

“Biz müharibənin ən qızğın vaxtındayıq. Qarşımıza dəqiq məqsəd qoymuşuq: “Həmas”ın hərbi və idarəetmə potensialını məhv etmək. Bunu sistemli şəkildə edirik. İlkin bloklama mərhələsi başa çatıb. İkinci mərhələ havadan daim davam edən hücumlar idi. Üçüncü mərhələ qurudan Qəzzə sektoruna daxil olmaqdır”, deyə İsrail baş nazirinin bəyanatında bildirilir.

Anklavda quru əməliyyatının məqsədləri arasında girovların azad edilməsi də var, nəticədə “Həmas” elə bir zərbə alacaq ki, özünə gələ bilməyəcək və məğlub ediləcək, nəticədə “başqa bir Qəzzə” olacaq”.

Bununla belə, Netanyahu Livanın “Hizbullah” qruplaşmasını şimaldan İsrailə hücum etməkdən çəkindirib. Bu, “həyatlarının səhvi” olar. “Təsəvvür belə edə bilmədiyiniz bir zərbə alarsınız”, deyə bir çox KİV-lər İsrailin baş nazirinə istinadla yazır.

İsrail və “Həmas”ın müharibəsi oktyabrın 7-dən davam edir. Müharibə İsrail ərazilərinin yüzrlələ raketlə vurulması, bəzi ərazilərin və girovların ələ keçirilməsi ilə başlayıb. Ən az 1,4 min israilli hücumların qurbanı olub. Bu günə qədər Qəzzə bölgəsində 8 minə yaxın insan ölüb.(Turan)

Bənzər yazılar

Back to top button