Hadisə

Cahangir Əsgərov federasiya rəhbərliyindən gedə bilər

Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq.

AzToday.az “Report”a istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək toplantı saat 10:00-da start götürəcək.

İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.
Tədbirdən sonra mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərovdur.

Bənzər yazılar

Back to top button