Cəmiyyət

Ölənlərin arasında peyvəndlənmiş insanlar da çox olacaq… (ŞƏRH)

“Bu, bir proqnozdur. Əlbəttə ki, vaksinasiya olunmuş vətəndaşların arasında immuniteti formalaşmayanlar olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Britaniyanın Fövqəladə hallar üzrə Elmi Konsultativ qrupunun alimlərinin açıqlamasına aydınlıq gətirərkən deyib. Adil Qeybulla qeyd edib ki, immuniteti formalaşana kimi xəstələnənlər olacaq:

“Bütün bunların arasında ölümcül xəstələnənlər də olacaq. Bu baxımdan bu bir proqnozdur. Məsələn, biz xəstəliyin 3-cü dalğasının olacağını da proqnozlaşdırmırdıq. Amma hər halda virusun aqresivləşməsi göz önündədir. Birmənalı rəy söyləmək çətindir”.

Adil Qeybulla vaksinasiyanın ən uğurlu yollardan biri olduğunu vurğulayıb.

Qeyd edək ki, Britaniyanın Fövqəladə hallar üzrə Elmi Konsultativ qrupunun alimləri proqnoz verib. Proqnoza görə, üçüncü dalğada xəstəxanaya yerləşdirilən və virusdan ölənlərin içərisində peyvəndlənmiş insanların da çox olacağı gözlənilir.

Bənzər yazılar

Back to top button