Dünya

SAXAL: Qəzzanın şimalında HƏMAS-ın infrastrukturu məhv edilib

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalında HƏMAS terror hərəkatının infrastrukturunun məhv edilməsini başa çatdırıb və hazırda mərkəzi və cənub hissələrində döyüş əməliyyatlarına diqqət yetirir. Bunu şənbə günü, yanvarın 6-da SAXAL-ın sözçüsü briqada generalı Daniel Haqari deyib. “Biz Qəzza zolağının şimalında HƏMAS strukturlarının sökülməsini başa çatdırdıq və bu nailiyyətləri daha da dərinləşdirməyə və sərhəddə hasar və müdafiəni gücləndirməyə davam edəcəyik. Hazırda Qəzza zolağının mərkəzində və cənubunda HƏMAS-ın məhv edilməsinə yönəlmişik”, – Haqari brifinqdə bildirib.

Müharibənin əvvəlində HƏMAS-ın sıralarında 14 minə yaxın yaraqlı döyüşürdü, deyə SAXAL sözçüsü bildirib. İsrailin hesablamalarına görə, indiyədək onlardan 8 min nəfəri öldürülüb. Haqari əlavə edib ki, İsrail ordusu “yerdə və yerin altında hərbi əməliyyatlar və terrorçuları məhv etmək üçün yaradıcı və gözlənilməz üsulları inkişaf etdirməyə davam edir”.

Onun sözlərinə görə, HƏMAS-ın tamamilə məhv edilməsi uzun müddət çəkəcək, ona görə də müharibənin məqsədlərinə çatmaq üçün döyüşlər 2024-cü il ərzində davam edəcək.

Ordunun mətbuat katibi sektorun şimalında səpələnmiş terrorçuların hələ də qala biləcəyini qeyd edib. Buradan İsrail ərazisinə raket hücumları hələ də mümkündür. Xaqari həmçinin qeyd edib ki, Qəzza zolağının mərkəzində HƏMAS yaraqlıları sıx məskunlaşıb və cənubda Xan Yunisin altında qollara ayrılmış tunellərdən ibarət bütöv bir yeraltı şəhər var.(Turan)

Bənzər yazılar

Back to top button