Bizim seçimHadisəManşet

Aran rayonları fəlakət qarşısında – Kür quruyur (FOTO)

Vətəndaş Həmrəyliyi Partiyasının aparat rəhbəri Samir Əsədli Salyan rayonunda qarşılaşdığı bir fakta- Kür çayının azalmasına diqqət çəkib.

AzToday.az xəbər verir ki, Samir Əsədli Kür çayının suyunun azaldığını və nəticədə çayda kiçik adalar yarandığını deyib:

“Ölkə yeni bir təbii fəlakət astanasındadır. Kür çayında suyun səviyyəsi azalmaqda davam edir, bunun nəticəsində Xəzərin duzlu suyu Kürə axır və bu duzlu su getdikcə irəlləməkdədir. Artıq 30 km-dən artıq məsafədə Kürün suyu duzlaşıb. Problem Neftçala rayon hüdudlarını aşmaqdadır. Kənd təsərrüfatı, əkin sahələri məhv olur. İnsanlar uzun su növbələrində, heyvanlar və quşlar su tapmır içməyə. İri buynuzlu heyvanlar suzuzluqdan ölürlər. Kürün quruması təkcə Neftçala üçün yox, ölkə üçün ciddi problemə çevrilir. Hələ ki, ciddi nəticə yoxdur. Ekoloji problem hər gün böyüyür”.

Bənzər yazılar

Back to top button