GündəmSağlamlıq

Alimlər koronavirusla bağlı hamını şoka salacaq məlumat açıqladılar

Mütəxəssislər yoluxmuş hüceyrənin filopodia vasitəsilə uzanaraq yeni və sağlam hüceyrələrə çatmağa çalışdıqlarını sübut ediblər

Dünyadakı 10 milyondan çox insana yoluxan COVID-19 üzərində araşdırmalar davam edərkən, Kaliforniya Universitetinin mütəxəssisləri əvvəlcə “gizli” virusun hüceyrələrə necə zərər verdiyini araşdırıblar.

AzToday.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniya Universitetinin alimləri koronavirus epidemiyasına səbəb olan virusların necə davranması ilə bağlı tədqiqat aparıblar. Elm adamları daha çox “gizli” virusun sağlam hüceyrələrə keçmək üçün necə inkişaf etdiyini kəşf etdiklərini açıqlayıblar. Tədqiqat zamanı məlum ki, koronavirusla yoluxmuş hüceyrələr digər sağlam hüceyrələrə çatmaq üçün uzanır.

Universitetdə işləyən alimlər virusla yoluxmuş sağlam hüceyrəni mikroskopik görüntüləri ictimaiyyətə paylaşaraq onlarln mühüm xarakterini ortaya qoyublar. Fotolarda yoluxmuş hüceyrələrdən filopodia çıxdığı müşahidə edilir. Mütəxəssislər yoluxmuş hüceyrənin bu filopodia vasitəsilə yeni və sağlam hüceyrələrə çatmağa çalışdıqlarını izah edib.

Beləliklə, yoluxmuş hüceyrələrin virusu filopodia vasitəsilə yaydığı aşkar edilib.

Bu hüceyrələrə digər hüceyrələrin də yoluxduğunu izah edən alimlər deyiblər ki, yeni növ koronaviorusun sağlam bir hüceyrəyə yapışdığını və onu təqlid etdiyini düşünürdük: “Lakin bu kəşflə məlum oldu ki, COVID-19 əslində bir B planıdır. O, virusu müxtəlif yollarla ötürə bilər”.

Tədqiqat aparan professor Nevan Kroqan deyib: “Bu virus o qədər məkrlidir ki, hüceyrəni öldürmədən əvvəl digər hüceyrələri yoluxdurmaq üçün başqa mexanizmlərdən istifadə edir”.

“Cell” tibbi jurnalında yayımlanan araşdırmanın yeni müalicə metodlarının tapılması üçün də böyük əhəmiyyət daşıdığını dilə gətirən alimlər “Bu filopodiaların böyüməsinə mane olan xərçəng xəstəliyində istifadə eilən 7 dərman var”, – deyə bildiriblər.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button