Siyasət

Sərhədçilər Ermənistanla sərhəddə 140 döyüş mövqeyi yaradıblar

2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsində Ermənistanla şərti dövlət sərhədində sərhəd xidmətinin 19 hərbi hissə kompleksi yaradılıb.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev rəsmi “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 140 sərhəd-döyüş məntəqəsi, “Eyvazlı” və “Qazançı” buraxılış məntəqələri tikilib.

2456 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 294 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bənzər yazılar

Back to top button