Mədəniyyət

Abbas Bağırov şikayətləndi: “Az olsun, saz olsun” – VİDEO

Əməkdar artist Abbas Bağırov yeni çıxan mahnıların bayağı olmasını tənqid edib.

AzToday.az Milli.Az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkə hesabından Nailə Mirməmmədlinin əsərini səsləndiriyi videonu paylaşıb və bu şərhi yazıb:

“Böyük həqiqət olsa da bunu deyəcəm. Çox təəssüflər olsun ki, bu gün belə gözəl əsərləri dinləyənlər azdı.

Məlum məsələdir ki, sosial şəbəkələrdə bayağı mahnılar nə sürətlə inkişaf edir. Az kütlə bunun qarşısını ala bilməz. Yəni məni dinləmək üçün bunu demirəm. Yox, əlbəttə, bizim gözəl bəstəkarlarımız yazdıqları əsərlərı gələcək nəsil üçün itirməməyə çalışmaq lazımdır.

Amma çox sevinirəm ki, ən azından bu mahnıları 2000, 3000 insan dinləyir. Arada çox da olur. Buna görə çox sağ ol deyirəm. Belə bir məsəl var, az olsun, saz olsun. Mənsə deyirəm ki, çox olsun, gözəl musiqini sevənlər ölməsin”.

Bənzər yazılar

Back to top button