GündəmSiyasət

Azərbaycan Şovidəki sürüşmənin nəticələrinin aradan qaldırılmasında Gürcüstana kömək etməyə hazırdır – Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Raça dağlıq rayonundakı Şovi kurortunun yaxınlığında baş vermiş sürüşmə ilə əlaqədar gürcü həmkarı İlya Darçiaşviliyə zəng edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, C.Bayramov sürüşmə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, Gürcüstan hökumətinə və dost gürcü xalqına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyir.

O, Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu və xilasetmə işlərinin aparılmasında, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında hər cür köməklik göstərməyə hazır olduğunu vurğulayıb.

Avqustun 3-də yüksək dağlıq Şovi kurortunda baş verən sürüşmə nəticəsində 7 nəfər həlak olub. Mütəxəssislərin fikrincə, kurorta beş milyon kubmetr bərk kütlə gəlib. Körpülər dağılıb, Şovinin girişindəki yol zədələnib. Cəmi iki gün ərzində xilasedicilər 210 nəfəri fəlakət bölgəsindən çıxara bilib. “Sputnik-Gürcüstan” xəbər verir ki, təbii fəlakət bölgəsində olan və əlaqəyə çıxmayan 30 nəfərin axtarışları davam edir. Gürcüstan hakimiyyəti avqustun 7-ni matəm günü elan edib.

Bənzər yazılar

Back to top button