Dünya

ABŞ-da Atatürkün heykəli təhqir edildi (FOTO)

ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə səfirliyi binasının qarşısındakı Mustafa Kamal Atatürk heykəli təhqir olunub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, heykəlin üzərinə, “Bəli, insanlığa qarşı törədilən cinayətlərə görə günahkaram”, yazılı löhvə asılıb.

Səfirliyin təhlükəsizlik kameralarına düşən görüntülərdə bunu edən şəxs əvvəlcə löhvəni qoyaraq foto çəkib və daha sonra isə onu götürüb qaçıb.

Çəkilmiş foto Yunan Soyqırımı Araşdırmaları Mərkəzinin Facebook səhifəsində paylaşılıb.

Səfirlik rəsmiləri məsələ ilə bağlı istintaq başladılması üçün müvafiq qurumlarla əlaqəyə keçib.

Cümhuriyyətçi Xalq Partiyasından olan millət vəkili Gürsel Təkin hadisəni qınayıb.

“Vaşinqtonda Atatürk heykəlinə hücum edən Yunan Soyqırımı Mərkəzini qınayıram. Xalqlar arasında kin və düşmənlik yaratmaq məqsədi daşıyan və cəhalətlə bəslənən bu vandalizmi lənətləyirəm. Bu təcavüzkar zehniyyət bilməlidir ki, Mustafa Kamalın liderliyində millətimiz işğala, əsarətə qarşı yaşamaq haqqı uğrunda mübarizə aparıb. Venizelosun Nobel Sülh Mükafatına namizəd göstərdiyi Atatürk suverenliyin timsalıdır”, – deyə o, bildirib.

Bənzər yazılar

Back to top button