Dünya

Çində koronavirusa yoluxma halı yenidən artıb

Çində son 24 saatda yeni tip koronavirusa (COVID-19) 108 nəfər yoluxub.

APA-nın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, ötən gün virusdan iki nəfər dünyasını dəyişib, 88 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Çində indiyə qədər 82 min 160 nəfər koronavirusa yoluxub. Onlardan 3 min 341- i infeksiyadan ölüb, 77 min 663 xəstə isə sağalıb.

Bənzər yazılar

Back to top button