Dünya

Rusiya və Çin ayısının vuruşu sərhəd hasarlarını dağıtdı (VİDEO)

Rusiya-Çin sərhədi yaxınlığında Yəhudi Muxtar Vilayətində iki ayının savaşması nəticəsində “Amur Pələngləri” Mərkəzinin hasarları və kamera tələləri dağılıb.

Qaynarinfo xəbər verir ki, savaşın videosu mərkəzin sosial şəbəkə hesablarında yayımlanıb.

Görüntülərdə iki ayının müxtəlif tərəfdən məftil hasara necə yaxınlaşdığı və döyüşməyə başladığı göstərilir. Onlardan biri rəqibiylə vuruşmaq üçün hasarın üstündən keçib, bu müddət ərzində yırtıcılar həm hasarı, həm də dirəkləri yıxıblar.

“Yadınızdadırsa, pələnglər bu yerdən, necə deyərlər, səs-küysüz və tozanaq qoparmadan sakitcə keçirlər. Ancaq ayılar gəlməklə hər şeyi bir anda uçurub-dağıtdılar!” – videoya şərhdə qeyd edilib.

Videoya görə, hadisə mayın 11-də baş verib. İlkin məlumatlara görə, bir ayı Rusiya tərəfdən, digəri isə Çin tərəfdən gəlib. Heyvanlar hasarı dağıdıblar, ancaq döyüşün necə başa çatdığı bilinmir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button