Dünya

Rusiyadan Taliban iddialarına cavab

“Daha əvvəl “New York Times”ın iddialarını cavablamışdıq. Tramp və administrasiyasının belə qarşı çıxdığı, açıq şəkildə yalan üzərindən qarışıqlıq yaradılır”.

Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın Əfqanıstandakı xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin Asiya İkinci Dairəsinin rəhbəri Zamir Kabulov amerikalı əsgərlərin öldürülməsi qarşılığında Moskvanın Talibana pul təklif etməsi iddialarına cavab verərkən deyib. O, bunun tamamilə yalan olduğunu bildirib:

“Bu partiyadaxili müharibənin bir parçasıdır. Lakin açıq-aşkar yalanlar barədə şərh vermək üçün vaxtımı xərcləməyi utancverici hesab edirəm. ABŞ-da Əfqanıstandan ayrılmaq istəməyən və müvəffəqiyyətsizliklərini ört-basdır etmək istəyən bəzi qüvvələr olduğu dəqiqdir. Bütün hadisələr də bunun ətrafında baş verir”.

Qeyd edək ki, bir müddət öncə “New York Times” ABŞ kəşfiyyatının Rusiyanın amerikalı əsgərləri öldürmələri üçün Talibana pul təklif etdiyinə dair məlumat əldə etdiyini yazmışdı.

Bənzər yazılar

Back to top button