İqtisadiyyat

Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında”qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

AzToday.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”ndə dəyişiklik edib.

Qüvvədə olan Qaydaya əsasən, baytarlıq xidmətlərinin göstərilməsinə görə alınan məbləğin miqdarı Tarif Şurası tərəfindən müəyyən edilib.

Bənzər yazılar

Back to top button