Rusiya hələ iki il məktəb və kolleclərdə distant təhsili dayandırmayacaq

by Aztoday Xəbər Portalı

Rusiya Federasiyası Təhsil Nazirliyi 1 sentyabr 2020-ci il tarixindən etibarən rəqəmsal təhsil mühitinin, o cümlədən distant təhsilin tətbiqi üçün sınaq keçirməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə normativ hüquqi aktların saytında dərc olunan hökumət qərarında deyilir.

Distant təhsilin ölkənin 14 bölgəsindən, xüsusən Arxangelsk, Kalininqrad, Moskva, Novosibirsk, Nijni Novqorod, Çelyabinsk və Tümen bölgələrindən, eləcə də Yamalo-Nenets Muxtar Dairəsi, Altay və Perm ərazilərindən olan şagirdlərə tətbiq ediləcəyi planlaşdırılır. Təcrübə 31 dekabr 2022-ci ilə qədər davam edəcək.

Məlumatda deyilir ki, Təhsil Nazirliyi rəqəmsal təhsil mühiti yaradır və Rusiya Federasiyası boyunca daim istifadəsini təmin edəcək.

Layihənin məqsədi müasir texnologiyanın tədris prosesinə tətbiqini yaxşılaşdırmaqdır. Rəqəmsal təhsil modelində güman edilir ki, elektron təhsil və distant təhsil texnologiyaları üçün şərait yaradılacaq.

Bunun üçün məktəblərə proqram və təqdimat avadanlıqları olan kompüterlər göndəriləcək, şəhərdə ən az 100 Mb/s, kənd yerlərində isə ən azı 50 Mb/s yüksək sürətli İnternetlə təmin olunacaq.

Bənzər Yazılar