AnalitikaManşetSiyasət

Azərbaycan ortaq düşmənə qarşı mübarizədə birlik formulu təklif edir

Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dünyanı lərzəyə salan COVİD-19 pandemiyası dövrünə təsadüf etdi. Azərbaycan prezidenti İlham Əliyev ötən aylarda hər iki qurumun ayrılıqda onlayn zirvə toplantılarını təşkil edərək pandemiya mövzusunu və yardımlaşmanı müzakirəyə çıxartdı. Buna qədər heç bir beynəlxalq təşkilat və liderlər pandemiyanın onlayn zirvə toplantısının müzakirəsini təşkil etməmişdi. Azərbaycan ilkə imza atdı. Ancaq bununla kifayətlənmək olmazdı.

İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərinə və Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin dəstəyinə güvənərək yeni təşəbbüslə çıxış edib: BMT Baş Məclisin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilsin. Artıq təşəbbüsə dünyanın 130-dan çox dövlətindən dəstək gəlib.

Belə bir sessiyanın keçirilməsi realdırdmı və əsas təkliflər nədən ibarət olmalıdır?

Birincisi, tək elə Qoşulmayan Hərəkatının, eyni zamanda BMT-nin 120 üzvü bu ideyanı dəstəkləyərək eyni çağırışla çıxış etsələr, BMT Baş Məclisi pandemiya ilə mübarizəyə həsr edilmiş sessiya keçirməlidir. Bu BMT Nizamnaməsinə də uyğundur. İlham Əliyev artıq Qoşulmayanlar Hərəkatı ölkələri adından BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT-yə üzv ölkələrin çox hissəsi, yəni 97-nin təşəbbüsə dəstək verməsi kifayətdir ki, xüsusi sessiya təşkil olunsun. Azərbaycan prezidentinin təklifini dəstəkləyən ölkələrin sayı isə 97-ni xeyli aşır. Deməli, onlyan sessiyanın baş tutacağını vurğulamaq olar.

İkincisi, bundan sonra reallaşacaq onlayn sessiyanın gündəliyini tərtib etmək lazım gələcək. Aydındır ki, onlayn konfrans dünyanı bürüyən bəlaya çarə tapmayacaq. Ancaq indiki ağır vəziyyətdə pandemiya ilə mübarizə mövzusunun ortaq müzakirə edilməsi, liderlərin yeni ideyalarla çıxış etməsi də vacibdir. Məsələn müxtəlif ölkələrin laboratoriyalarında peyvənd və dərman üzərində çalışmalar sürətlənib. Bu işin koordinasiyasına ehtiyac var. Çünki bəllidir ki, hansı ölkə ilkin olaraq peyvəndi və dərması icad etsə və onun effektivliyi sübut olunsa icadı ilə başqa dövlətlərlə paylaşmalı olacaq. Bu halda istər-istəməz koordinasiyaya ehtiyac duyulacaq. Həmin peyvəndin və dərmanın hər yerə çatdırılması və insanların xilası isə zaman alacaq. Bu zamanı qısaltmaq üçün həmin dərmanın istehsalının həcminin böyütmək və milyardlarla dollara ehtiyac olacaq. Bu isə yalnız bir ölkənin görəcəyi iş deyil. Ona görə də BMT-yə üzv dövlətlərin indidin müzakirələrə, koordinasiyaya və ortaq məxrəcə gəlmələrinə ehtiyacı var ki, gələcəkdə zaman itirmədən peyvəndin və dərmanın gərəkli bütün ölkələrə çatdırılması təmin edilsin. Bəşəriyyət vahid düşmənlə mübarizə apardığından birgə fəaliyyətə ehtiyac var. Bu mənada BMT prosesdən kənarda qala bilməz.

Bu, sözsüz ki, ən əvvəl dünya dövlətlərinin Azərbaycana olan böyük etimadı və hörmətinin təzahürüdür. Ölkəmiz təkcə təşəbbüslərlə çıxış eləmir, eyni zamanda, özü də pandemiyanın yaratdığı iqtisadi-maliyyə çətinliklərinə rəğmən, digər ölkələrə köməkliklər göstərir. O sırada təqdiredicidir ki, işğalçı Ermənistan başqa dövlətlərdən, ÜST-dən, dünyadan kömək diləndiyi halda, Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi ÜST-ə könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göndərib. Bu, xalqımızın üstün xüsusiyyətlərinin, böyüklüyünün təzahürü olmaqla bərabər, həm də Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunun təsdiqidir.

“Atlas”

Bənzər yazılar

Back to top button