Dünya

Paşinyanın tərəfdarları Amerikada da biabır oldular

Ermənistan hökumətini dəstəkləmək üçün keçirilən “mitinq”də cəmi 10 nəfər iştirak edib

AzToday.az “Hraparak.am”a istinadən xəbər verir ki, iyunun 28-də ABŞ-ın ermənilərin kompakt yaşadığı Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında yerləşən Qlendeyl şəhər meriyasının qarşısında N.Paşinyanın və Ermənistan hökumətinin dəstəkləmək üçün keçirilən “mitinq”də cəmi 10 nəfərin iştirak edib.

Qlendeyldə yaşayan Robert Makaryan “mitinq”in videosunu səhifəsində yayımlayıb və “Qlendeyl şəhər meriyasında baş nazir Nikol Pashinyan tərəfindən Ermənistanda həyata keçirilən “islahatlar” və digər daxili siyasi proseslərə dəstək” adlandırdığı reportajda deyilir ki, təxminən iki il əvvəl minlərlə erməni belə çağırışlara cavab vermişdi, halbuki bu gün toplananların sayı on nəfərə çatır.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button